14 avqust 2015 11:30

Dodo: Yunanlar hörmətsizlik edir və bu, gülməlidir

"Qəbələ"nin yarımmüdafiəçisi Dodonun azerisport.az saytına müsahibəsi

- Çempionatın ilk turunda qarşılaşdığınız "Qarabağ"la oyun barədə nə deyə bilərsiniz?
- Bu, Azərbaycanın ən yaxşı komandalarının qarşılaşması idi. Hansı ki, bu iki klub hazırda ölkəni Avropa Liqasında da təmsil edir. Bu oyun göstərdi ki, mövsüm də maraqlı keçəcək. Nəticəyə gəlincə, tam ədalətlidir. Baxmayaraq ki, hər iki komandanın qələbə qazanmaq şansı var idi.

- Rəşad Sadiqovun qırmızı vərəqə almasını necə qarşıladınız?
- Pis. Qırmızı vərəqəlik qayda pozuntusu yox idi. Təəssüf ki, hakim belə bir qərar çıxardı. Bu, bizim oyunumuzu korladı.

- "Qəbələ"nin çempionluq yolunda "Qarabağ"ın əsas rəqibi olacağını demək olar?
- Əla baş məşqçimiz, yaxşı heyətimiz var. Komandamız indiki çempiona yeni mövsümdə layiqli müqavimət göstərə bilər. Amma mən əminliklə deyə bilmərəm ki, bizim bu yoldakı yeganə rəqibimiz ağdamlılar olacaq.

- Cavid Hüseynovla bağlı gündəmi zəbt edən məsələlər barədə münasibətiniz necədir?
- Mən bu məsələyə toxunmaq istəmirəm. Sadəcə, elə etməliyik ki, onun yoxluğu komandaya təsir etməsin.

- Yəqin ki, Avroliqada "Panatinaikos"a qarşı kapitansız mübarizə aparmaq çətin olacaq...
- Yaxşı komandamız, kifayət qədər səviyyəli futbolçularımız var. Biz yenə də yaxşı oyun sərgiləməyə davam etməliyik.

- Amm "Panatinaikos"dan öncə sizi AZAL-la çempionat oyunu gözləyir...
- Biz istənilən sınağa hazırıq. Hər iki görüş bizim üçün vacibdir. Avroliqada da qələbə qazanmağa davam etmək lazımdır.

- Yunan azarkeşlərin Bakıya gəlməkdən qorxduğu bildirilir...
- Yunanlar hörmətsizlik nümayiş etdirirlər və bu, sadəcə, gülməlidir. Bir braziliyalı olaraq beş ildir burada yaşayıram və deyə bilərəm ki, Azərbaycanda gözəl insanlar var, ölkədə sakitlik, sülh hökm sürür. Ondan əvvəl Xorvatiya və İspaniyada da yaşamışam. Azərbaycanlıları pisləyən yazılar yazmaq lazım deyil. Yunan azarkeşlər də sakitcə Bakıya gələ bilərlər. Azərbaycan kimi unikal ölkəni, çox maraqlı oyunu görmək şansını buraxmasınlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.