14 avqust 2015 00:30

Cavid Hüseynovun vəkili: Onun davadan xəbəri olmayıb

Hazırda həbsdə olan "Qəbələ"nin və Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynovun vəkili Adəm Məmmədov avqustun 12-də onunla görüşüb. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi jurnalist Rasim Əliyevin ölümünə çox təəssüfləndiyini bildirib və mərhumun qohumlarına və əzizlərinə başsağlığı verib. Cavid Hüseynov ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Bu haqda Azadlıq Radiosuna vəkil Adəm Məmmədov danışıb. Vəkil bildirib ki, Cavid Hüseynov baş vermiş hadisədən sonradan xəbər tutub:

“Cavid Hüseynov deyir ki, onu Rasim Əliyevdən daha pis tənqid və təhqir edənlər olub. O, Rasimə ona görə zəng edib ki, həmin görüntülərin yanlış anlaşıldığını bildirsin. Hətta telefon danışığı zamanı yerli olduqlarını biliblər və normal sağollaşıblar.

Rasim Əliyev də sonra yazmış olduğu həmin statusu silib. Cavidin xəbəri olmadan bibisi oğlu yenidən Rasimə zəng edib və bu zaman aralarında mübahisə düşüb.

Cavid deyir ki, həmin hadisədən yalnız sonradan xəbər tutub. Və bibisioğluna mesaj da göndərib ki, lazım deyildi bu hərəkət, "Biz özümüz danışıb, razılaşmışdıq". Cavid bu hadisədən dolayı çox üzgündür. Günahkarların ən sərt şəkildə cəzalandırılmasını istəyir”.

Adəm Məmmədov, özəlliklə, sosial şəbəkələrdə bu hadisənin hansısa üçüncü şəxslər tərəfindən törədilməsi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib. Vəkilin fikrincə, bu hadisə sırf məişət zəminində baş verib:

“Mən deyə bilmərəm burada hansısa bir kənar, üçüncü qüvvə olubmu. Bu hadisədə həkim səhlənkarlığı da olub. Həkim vaxtında xəstəyə lazımi tibbi yardım göstərsəydi, bəlkə də o vəfat etməzdi. Amma Cavidlə söhbətlərdən görünən odur ki, hadisə sırf məişət zəminində baş verib. Bu hadisədə həkim səhlənkarlığı da olub. Həkim vaxtında xəstəyə lazımi tibbi yardım göstərsəydi, bəlkə də o vəfat etməzdi”.

Rasim Əliyevi əməliyyat edən cərrah Saday Əliyev də prokurorluqda dindirilir. O özü mediaya açıqlamasında bütün lazımi tibbi müdaxilələri etdiyini bildirir.

Cavid Hüseynov avqustun 11-də həbs olunub. O, cinayəti bilib xəbər verməməkdə ittiham edilir. Hazırda Səbail rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasındadır. Avqustun 14-də Bakı Apellyasiya Məhkəməsində onun həbs qəti-imkan tədbirinin ləğv edilməsi ilə bağlı şikayətinə baxılacaq.

Avqustun 8-də ann.tv saytının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.

Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Rasim Əliyev öz Facebook hesabında Cavid Hüseynovun jurnalistlərin suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Həmin videoda Cavid Hüseynov Kirpirli bir jurnalistin "matçtda niyə Türkiyənin bayrağını qaldırdınız" suallına əl hərəkətləri ilə cavab verdiyi görünür. Bundan sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək, onun əli ilə göstərmək istədiklərinin yalnış anlaşıldığını və əslində o Türkiyə ilə Azərbaycanın dostluğunu göstərmək istədiyini bildirib.

Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq davam edir. Baş Prokurorluq qeyd edir ki, istintaqın gedişi və görülən işlərlə bağlı ölkə prezidentinə mütəmadi məruzə edilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.