13 avqust 2015 19:40

Panatinaikosa düşərsiz olan hakim Qəbələni də sevindirəcək?

Xəbər verdiyimiz kimi, "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirəcəyi ilk matçın baş hakimi ingiltərəli Andre Marriner olacaq. Azerisport.az xəbər verir ki, bu hakim də azərbaycanlı futbolsevərlər üçün yaxşı tanışdır.

O, sonuncu dəfə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan yığmasının Portuqaliyaya qarşı ev oyununda idarəçilik edib. Millimizin 0:2 hesabıyla uduzduğu həmin qarşılaşmada Marriner futbolçularımıza 4 sarı, 1 qırmızı vərəqə göstərib. Qonaq komandanın üzvlərindən isə yalnız biri hakimin sarı vərəqəsini qarşısında görüb.

Marriner avrokuboklardakı iştirakçılarımızın da oyununa təyinat alıb. Belə ki, Avropa Liqasının 2009/10 mövsümündə "Qarabağ"ın Hollandiya "Tvente"si ilə pley-off qarşılaşmasında məhz bu hakim ədaləti qoruyub. O, komandamızın 1:3 hesabıyla uduzduğu bu görüşdə cəmi iki dəfə əlini cibinə atıb ki, hər iki halda da ağdamlı futbolçular sarı vərəqə ilə cəzalanıblar.

İngiltərəli referinin "Qəbələ" ilə yolları kəsişməsə də, "Panatinaikos"un oyununu idarə edib. Belə ki, o, UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün üçüncü təsnifat mərhələsində Yunanıstan klubunun Danimarka "Odense"si ilə qarşılaşmasında 7 qol qeydə alıb. Afinada keçirilən görüşdə yunanlar 3:4 hesabıyla uduzublar. Marriner bu oyunda biri meydan sahiblərinə, üçü qonaqlara qismət olan 4 sarı vərəqə göstərib, eyni zamanda Danimarka klubunun bir futbolçusunu meydandan qovub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.