13 avqust 2015 19:20

Samir Abbasov: Bundan sonra futbolçular sözlərinə, hərəkətlərinə ciddi fikir verəcəklər

Azərbaycan yığmasının sabiq kapitanı, hazırda "Sumqayıt"ın əvəzedici komandasını çalışdıran Samir Abasovun azerisport.az saytına müsahibəsi

- Cavid Hüseynovla bağlı son hadisələri necə qarşıladınız?
- Hələ istintaq başa çatmayıb. Ona görə də bu barədə şərh verməyi düzgün hesab etmirəm. Hər şeyə aydınlıq gələndən, cinayətkarlar müəyyənləşəndən sonra nəticə çıxarmaq olar.

- Yəqin ki, Hüseynov da jurnalistin ölümündə məsuliyyət daşıyır. Bununla razısınız?
- Əgər onu həbs ediblərsə, deməli, nədəsə günahkardır. Amma onun günahı nə dərəcədə böyükdür, bunu istintaqın yekunu göstərəcək.

- Sizcə, bu olay jurnalist-futbolçu münasibətlərinə nə dərəcədə mənfi təsir göstərə bilər?
- Şübhəsiz ki, bu hadisənin təsiri özünü uzun müddət göstərəcək. Futbolçular bundan sonra öz sözlərinə, hərəkətlərinə xüsusi fikir verməli olacaqlar. Amma bunun jurnalistləri nə dərəcədə sevindirəcəyini bilmirəm.

- Bu hadisədən psixoloji baxımdan ən çox əziyyət çəkən tərəflərdən biri də "Qəbələ" oldu. Təsadüfi deyil ki, bundan onların Avropa Liqasındakı rəqibi - Yunanıstan "Panatinaikos"u da yararlanmağa çalışır...
- Kiprlilərin, yunanların belə məsələləri qabartmasını anlaya bilmirəm. Onların iştirakçısı olduğu az qala hər matç qalmaqalla başa çatır, amma başqalarına irad bildirirlər. Bizim stadionlarda həmişə Türkiyə bayraqları olub. İndi yunanlara görə Türkiyədən bizə göstərilən dəstəkdən imtina etməliyik? Gəlməkdən qorxurlarsa, Yunanıstanda qalsınlar, onlara texniki məğlubiyyət verilsin. Həm bizə sərf etsin, həm də onlar bu qədər qorxuya düşməsinlər.

- Bəlkə, onlar sadəcə, "Qəbələ"dəki psixoloji vəziyyəti gərginləşdirməyə çalışırlar?
- Elədi ki, var. Onların oyunlarında stadionda Ermənistan bayrağı açılır, Azərbaycanın bayrağı yandırılır, bunu adi qəbul edirlər, amma bizi öncədən tədbirlər görməyə çağırırlar. Bütün bunlar yunan tərəfinin axmaq fikirləridir. Ümumiyyətlə, bunlara heç fikir də vermək lazım deyil.

- "Qəbələ"nin "Panatinaikos" səddini keçməsi nə dərəcədə inandırıcıdır?
- Çox çətin olacaq. Kipr "Apollon"una qarşı keçirdikləri cavab oyunu xoşuma gəlmədi. Hüseynovun yoxluğu da mənfi təsir edəcək. Onun inamlı oyunu komandanın çıxışına da təsirini göstərirdi. Onların yunanları keçməsi çətin olacaq.

- "Qarabağ"ın İsveçrə "Yanq Boyz"u ilə oyunundan nə gözləyirsiniz?
- Ağdamlıların növbəti dəfə qrup mərhələsinə vəsiqə qazanması üçün yaxşı şansı var. "Qarabağ"da yeganə çatışmazlıq yeni futbolçuların hələ komandaya uyğunlaşa bilməməsidir. Dani Kintananı çox tərifləyirlər, amma o, hələ bu komandanın aparıcı üzvünə çevrilə bilməyib.

- Sizə elə gəlmir ki, hər yeni gələn legionerdən Riçard Almeyda və Reynaldodan daha yaxşı oyun gözləmək bir qədər ədalətli görünmür?
- Əlhərbi Əl-Jadeyui yüksək səviyyəli oyunçudur. O, məhz komandaya lazım olan futbolçudur. Amma o, hələ komandaya tam uyğunlaşa bilməyib. O, bu səddi adlayacağı halda, hamı bu futbolçudan danışacaq. Əlhərbi hətta Almeyda ilə Reynaldonu da qabaqlaya bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.