13 avqust 2015 17:30
Seltikin oyunçusu: Qarabağın bəlkə də cəmi bir qol vəziyyəti oldu
Şotlandiyanın "Seltik" klubunun yarımmüdafiəçisi Nir Bitton UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri cavab matçını (0:0, ilk oyun 1:0) xatırlayıb. Azerisport.az xəbər verir ki, o, Britaniya mətbuatına açıqlamasında bunları söyləyib:
"Biz Azərbaycanda texniki baxımdan öz oyunumuzu sərgiləyə bilmədik. Amma müdafiədə çox gözəl çıxış etdik. Bizi nə gözlədiyini çox gözəl bilirdik. Bütün bunlara hazır idik. "Qarabağ xüsusi heç nə ilə yadda qalmadı. Ola bilsin ki, onların cəmi bir qol vəziyyətləri oldu".
