13 avqust 2015 17:00

Neftçi rəsmiləri Braziliya klublarının oyunlarında

Xəbər verdiyimiz kimi “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov və klubun idman direktoru Vəli Qasımov Cənubi Amerikada rəsmi işgüzar səfərdədirlər. Azerisport.az xəbər verir ki, dünən klub rəsmiləri Braziliya komandalarının iştirakı ilə keçirilmiş 2 qarşılaşmanı izləyiblər.

Əvvəlcə “Fluminense” və “Vasko da Qama” klublarının 20 yaşadək futbolçulardan ibarət komandalarının oyununa yollanmış nümayəndələr, daha sonra A Seriyasının 18-ci turu çərçivəsində keçirilmiş “Flamenqo” - “Atletiko PR” matçına stadiondan baxıblar. Bununla yanaşı, klub rəsmiləri iki işgüzar görüşdə qarşılıqlı əməkdaşlıq mövzusunda müzakirələr aparıblar. Səfərin təfərrüatları barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Qeyd edək ki, 4 qat Braziliya çempionu, ölkə kubokunun qalibi və Libertadores kubokunun finalçısı olmuş “Fluminense” klubunun heyətində dünya şöhrətli futbolçular çıxış edib. Onlardan Fred, Deko, Romario, Branko və Rivelino kimi futbolçuların adlarını çəkmək kifayət edir.

1898-ci ildə yaradılmış “Vasko da Qama” klubu isə daha zəngin tarixi nailiyyətlərə imza atıb. Libertadores kubokunun qalibi olmuş “ağ-qara”lar 4 dəfə ölkə çempionu və 1 dəfə Braziliya kubokunun qalibi adını qazanıblar. Dunqa, Jardel, Tostao, Edmundo, Vava kimi futbolçular məhz bu komandanın formasını geyiniblər.

2005-ci ildə Libertadores kubokunun finalında oynamış “Atletiko” PR bir dəfə Braziliya çempionu olub. Vaxtilə heyətində Kleberson, Jadson, Mişel Bastos kimi futbolçuları cəmləşdirmiş “qasırğa” ləqəbli komanda hazırda A Seriyasının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Ev oyunlarını məşhur “Marakana” stadionunda keçirən “Flamenqo” isə nəinki Braziliyanın, həm də Latın Amerikasının ən məşhur komandalarından sayılır. “Qırmızı-qara”lar Libertadores kubokunu qazanmaqla yanaşı, 6 dəfə A Seriyasının qalibi olublar. Leonardo, Julio Sezar, Bebeto kimi adlar vaxtilə “Flamenqo”nun şərəfini qoruyublar. Hazırda da güclü heyətə malik olan Rio-de-Janeyro təmsilçisi 18 turdan sonra A Seriyasında 11-ci yeri tutur.

Qeyd edək ki, əsası yerli futbolçulardan təşkil olunmuş bu klublar güclü futbol akademiyasına malik olmaqla yanaşı, futbolçu yetişdirmək sahəsindəki təcrübələri ilə tanınırlar. Bu baxımdan Braziliya klublarının əsas və aşağı yaş qrupu komandalarının oyunları bu ölkəyə gələn nümayəndə və menecerlər tərəfindən hər zaman maraqla izlənir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.