13 avqust 2015 16:45

Qarabağ üçün Yanq Boyza daha yaxşı tanış olan hakim

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrə "Yanq Boyz"u ilə Berndə keçiriləcək ilk qarşılaşmasının baş hakimi Alon Yefet təyin olunub. Azerisport.az xəbər verir ki, israilli referi azərbaycanlı futbolsevərlərə yaxşı tanışdır.

Belə ki, o, ötən il Bakıda keçirilmiş Azərbaycan - Bolqarıstan (1:2) matçını idarə etmişdi. Həmin oyunda 4 sarı vərəqəyə əl atan israfilli hakim onlardan üçüncü bizim futbolçulara göstərmişdi.

"Qarabağ"ın oyunlarına heç vaxt təyinat almamış Yefet "Yanq Boyz" üçün daha tanış hakimdir. Belə ki, o, bu klubun oyununa dördüncü dəfədir təyinat alır. İlk dəfə Avropa Liqasının 2009/10 mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçrə klubunun oyununa təyinat alan israilli hakim İspaniyanın "Atletik" klubuna qarşı matçda Bilbao təmsilçisinin 2:1 hesablı səfər qələbəsini qeydə alıb. Həmin oyunda 4 sarı vərəqə göstərən baş hakimin qəzəbinə 3 dəfə isveçrəli futbolçular gəliblər. O, hətta "Yanq Boyz"un bir futbolçusunu da meydandan qovub.

Növbəti mövsümdə o, "Yanq Boyz"un Avroliqanın qrup mərhələsi çərçivəsindəki Almaniya "Ştutqart"ı ilə ev oyununu idarə edib. Yefet bu oyunda da 4 sarı vərəqə göstərib ki, yenə də xəbərdarlıqlardan üçü İsveçrə klubuna qismət olub. Amma "Yanq Boyz" bu görüşdə 4:2 hesabıyla qalib gəlib.

Sonuncu dəfə isə Yefet "Yanq Boyz"un matçını Avroliqanın 2012/13 mövsümündə idarə edib. Yenə qrup mərhələsi çərçivəsində baş tutan bu dəfəki matçda İsveçrə klubu səfərdə İngiltərə nəhəngi "Liverpul"un qonağı olub. Bu matç 2:2 hesabıyla başa çatıb, Yefet isə tərəflərdən hərəyə bir futolçuya sarı vərəqə göstərməklə kifayətlənib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.