13 avqust 2015 16:30
Stepan Polyak: Neftçiyə qalib gəlməyə çalışacağıq
"İnter"in yarımmüdafiəçisi Stepan Polyak Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" də bizim kimi, çempionata yaxşı başlamadı. Ona görə də maraqlı matç olacağını düşünürəm. "Neftçi" də qələbə qazanmağa çalışacaq, biz də. Bu dəfə "Xəzər Lənkəran"la görüşdəkindən daha yaxşı oynamalıyıq. Meydana yalnız üç xal üçün çıxacağıq. Yaxşı oyun sərgiləyə bilsək, istədiyimiz nəticəni qazana bilərik".
