13 avqust 2015 15:45
Bir oyunun keçirilmə yeri dəyişdirildi
Topaz Premyer Liqasında 2-ci turun AZAL – “Qəbələ” matçının keçirilmə yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, “AZAL Arena”da süni ot örtüyündə aparılan yenilənmə işləri ilə əlaqədar olaraq oyun “Dalğa Arena”da keçiriləcək.
Topaz Premyer Liqası
2-ci tur
15 avqust (şənbə)
AZAL – “Qəbələ”
Bakı. “Dalğa Arena”, 21:00.
