13 avqust 2015 15:00
Qarabağın sabiq forvardını İnterdən ayrılmış futbolçu əvəzlədi
Bakı "İnter"inin sabiq hücumçusu Baçana Sxadadze özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, 28 yaşlı gürcü futbolçu bundan sonra Albaniyanın "Flamurtari" klubunda çıxış edəcək.
Qeyd edək ki, Sxadadzeyə bu klubda Nikolas Gelaşviliyə əvəzləyici gözü ilə baxılır. Vaxtilə "Qarabağ"da çıxış etmiş bu futbolçu "Flamurtari"dən yenicə ayrılıb. Sxadadze də məhz həmyerlisinin yoxluğunu hiss etdirməmək üçün bu kluba dəvət olunub.
