13 avqust 2015 14:15

Qəbələnin meneceri: Onlar klubumuzdakı psixoloji vəziyyəti daha da ağırlaşdırmağa çalışır

"Qəbələ"nin meneceri Səməd Nəsibov Avropa Liqasının pley-off mərhələsində bu komandanın rəqibi olan Yunanıstanın "Panatinaikos" klubunun meneceri Spiros Vlahosun açıqlamalarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Matça hətta kommunistlər də gələ bilərlər. Axı biz bilet satarkən insanları siyasi baxışlarına görə bölə bilmərik. Ona görə "Panatinaikos"la oyunumuza Türkiyədən "bozqurd"ların gəlməsi də mümkündür. Bizim əsas vəzifəmiz isə təhlükəsizliyi yüksək səviyyədə təmin etmək və təxribata yol verməməkdir. Rəqib düşərgədə əbəs yerə bizim matçı yüksək səviyyədə təşkil edəcəyimizdən narahat olurlar. "Qəbələ" ilk dəfə deyil ki, beynəlxalq turnirə ev sahibliyi edir. Kipr "Apollon"u da təxribatdan narahat idi. Amma biz onlarla ev oyununu layiqli şəkildə təşkil etdik. Kipr bayrağı təhqir olunmadı. Halbuki, onların təşkil etdiyi ev oyununa dair bunu demək olmaz. Çünki Azərbaycan bayrağına qarşı orada böyük hörmətsizlik göstərildi".

Nəsibov hesab edir ki, Yunanıstan klubunun rəsmisinin açıqlamalarının bir səbəbi var: "Onlar bizim klubdakı psixoloji vəziyyətdən xəbərdardırlar. Bu üzdən də vəziyyəti daha da ağırlaşdırmaq istəyirlər. Qoy "Panatinaikos" öz ev oyununda təhlükəsizliyi yüksək səviyyədə təşkil etmək haqda düşünsün. Eşitdiyimə görə, ötən mövsüm onların azarkeşlərinin xoşagəlməz davranışı səbəbindən klubun üç xalı silinibmiş. Ona görə də hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.