13 avqust 2015 13:00

Panatinaikosun meneceri: Onlar Bakıda gərginlik yaratmağa cəhd göstərə bilər

Yunanıstanın "Panatinaikos" klubunun meneceri Spiros Vlahos Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıya edəcəkləri səfərə hazırlıq barədə danışıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında öncə bunları söyləyib:

"Bizim Bakıya səfərə hazırlaşmaq üçün bir neçə gün vaxtımız var. Amma mən öncə bir məqama toxunmaq istəyərdim. Sosial şəbəkələrdə və mətbuatda bu oyunu siyasiləşdirməyə cəhdlər var. Lakin biz heç bir düşmən hücumuna məruz qalmamışıq ki, hansısa təhlükəli bir şeyə qarşı hazırlıq görək".

Vlahos "Qəbələ"nin avrokuboklarda yeni klub olmasını və təşkilatçılıq baxımından təcrübəsiz olduğunu qabardıb: "Ümumiyyətlə, komandamızın ən yaxşı şərtlərlə təmin olunacağına dair zəmanət almışıq. Bu oyun çox vacibdir. Baxmayaraq ki, oyun öncəsi biz bir qədər narahatıq. Çünki "Qəbələ" beynəlxalq arenada yeni komandadır. Bu üzdən də Avropa səviyyəli yarışlarda təşkilatçılıq bacarığı yoxdur. Amma eyni zamanda onu da deyə bilərəm ki, oradakı insanlar bizə çox kömək edirlər və bütün tələblərə cavab verməyə çalışırlar".

"Panatinaikos" rəsmisi onu da qeyd edib ki, Bakıdakı oyunda üzləşə biləcəkləri hər hansı risklə bağlı artıq UEFA-nı məlumatlandırıblar: "Güman edirik ki, Bakıdakı oyun zamanı tribunalarda türklər, millətçilər və "bozqurdlar" olacaq. Onlar bu görüşdə gərginlik yaratmağa cəhd edə bilərlər. Hər ehtimala qarşı biz UEFA-nı öncədən xəbərdar etməliyik ki, məlum səbəblərdən yüksək risk təhlükəsi var".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.