13 avqust 2015 12:00
Xəzər Lənkəranın fransalı transferi məşqlərə başladı
"Xəzər Lənkəran"ın yeni transferi Limam Seydi komandaya qoşulub. Azerisport.az xəbər verir ki, fransalı hücumçu artıq Premyer Liqanın 2-ci turunun "Sumqayıt"la oyununa hazırlaşan komandasının məşqlərində iştirak edir.
Lakin o, "ağ-yaşıllar"a yalnız 4-cü turda kömək edə biləcək. Çünki FİFA "Xəzər Lənkəran"a transfer qadağası qoyduğundan, Limam Seydi də digər yeni futbolçular kimi, ancaq sentyabrın 1-dən sonra cənub klubunun heyətində oyuna çıxa biləcək.
