13 avqust 2015 11:40
Kalonasın Sumqayıta qarşı oynamamasının səbəbi bilindi
"Rəvan"ın yenidən düşərgəsinə qaytardığı sabiq futbolçusu Mindauqas Kalonas Topaz Premyer Liqasının 1-ci turunun "Sumqayıt"la oyununda meydana çıxmamışdı. Azerisport.az xəbər verir ki, artıq bunun səbəbi müəyyənləşib.
Belə ki, buna səbəb futbolçunun ötən mövsümlərdən qalma cəzasının olmasıdır.
Maraq üçün xatırladaq ki, Kalonas Azərbaycanda "Rəvan"dan sonra "Bakı" və "Sumqayıt"ın da şərəfini qorumuşdu. Elə bu cəzanı da məhz "Simurq"dakı çıxışı zamanı alıb.
Artıq cəzasını başa vurmuş litvalı yarımmüdafiəçinin 2-ci turda "Qarabağ"a qarşı forma geyməsi gözlənilir.
