13 avqust 2015 00:55

Panatinaikos fanatları jurnalist ölümünə görə Bakıya gəlməkdən çəkinir

Yunanıstanın "Panatinaikos" klubu avqustun 20-də Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda "Qəbələ"nin qonağı olacaq. Lakin azerisport.az xəbər verir ki, yunanıstanlı futbol azarkeşləri Azərbaycana gəlməkdən ehtiyat edirlər.

Buna səbəb isə "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynovla jurnalist Rasim Əliyev arasındakı məlum qalmaqalın sonda həmkarımızın ölüm faktı ilə nəticələnməsi göstərilir. Hansı ki, bu xoşagəlməz faktla əlaqədar həm Cavid, həm də onun bu işdə əli olan qohum və tanışları həbs edilib. Üstəlik, yunanları "Qəbələ" ilə Kipr "Apollon"u arasında keçirilmiş oyunlarda baş verən hadisələr də narahat edir.

Bütün bu narahatlıqları nəzərə alan Sport24 Radio 103.3 portalının əməkdaşları Yunanıstanın Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıb. Amma səfirlik əməkdaşları onları əmin ediblər ki, Bakıda təhlükəsizlik yüksək səviyyədədir və həmyerliləri ölkəmizdə heç bir problemlə üzləşməyəcəklər. Yunan diplomatlar ölkələrindəki bəzi mətbuat orqanlarının yazdıqlarının həqiqəti əks etdirmədiyini, azərbaycanlılar sülhsevər və qonaqpərvər olduqlarını diqqətə çatdırıblar.

Səfirlik onu da bəyan edib ki, "Panatinaikos" rəhbərliyi artıq Azərbaycana səfər etməklə bağlı onlara müvafiq sorğu göndərib. Amma klubdan xüsusi təhlükəsizlik tələbi irəli sürülməyib.

Yunanıstanın ölkəmizdəki səfirliyi məlum hadisə ilə də bağlı açıqlama verib. Onlar bildirib ki, jurnalistin futbolçu və onun tanışları tərəfindən döyülərək öldürülməsi Azərbaycanda ilk belə haldır. Həm də bu məsələni Azərbaycan prezidenti İlham Əliyev şəxsən nəzarətə götürüb.

Yunanıstan səfirliyi həmyerlilərini tam əmin etmək üçün arqument də gətirib. Belə ki, onlar bir müddət öncə Azərbaycanda Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu və həmin vaxt heç bir münaqişənin baş vermədiyini diqqətə çatdırıblar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.