13 avqust 2015 00:45
Ramil Şeydayev: AFFA-dan təbrik almaq mənim üçün çox xoş oldu
Rusiyanın gənclərdən ibarət yığma komandasının azərbaycanlı hücumçusu Ramil Şeydayev "Zenit"in onu "Rubin"ə icarəyə verməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yeni kluba keçdiyimə görə çox şadam. "Rubin"də özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam. Azərbaycandan da mənə zəng edənlər, təbriklərini çatdıranlar oldu. Bunu öyrənən kimi AFFA-dan da zəng etdilər, təbrik etdilər, uğurlar arzuladılar. Etiraf edim ki, bu, mənim üçün çox xoş oldu".
