13 avqust 2015 00:25
Rüfət Dadaşov: Azərbaycan klublarından təklif gözləyirdim
Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşov özünə hələ də klub tapa bilməməsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ "Yan Regensburq"a keçməmişəm. Baxmayaraq ki, bu klubda baxışda idim. Hələ gözləyirəm. Çünki yekun qərarımı verməmişəm. Azərbaycan klublarından dəvət? Xeyr, Azərbaycanın heç bir klubundan mənə zəng edən olmayıb. Amma etiraf edim ki, dəvət gözləyirdim. Sadəcə, heç bir klubdan təklif gəlmədi".
