12 avqust 2015 19:00

Mahmud Qurbanov: Cavid Hüseynovun olmaması milli üçün də itkidir

Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov millimizə də dəvət olunan "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynovun məlum həbsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Bu, xoşagəlməz faktdır. Heç kim belə olmasını istəməzdi. Ölən jurnalistin yaxınlarına başsağlığı verirəm. İnsan ölümünə heç cür haqq qazandırmaq olmaz. Özü də burada jurnalist ölümündən söhbət gedir. Belə bir hadisənin baş verməsi çox böyük məyusluq yaradır. Çünki burada futbolçu adı da hallanır.

Məlum səbəblərdən Cavid Hüseynov yığmamızın Xorvatiya və Malta ilə oyunlarında yer almayacaq. Baxmayaraq ki, o, son dövrlər yaxşı formada idi. Belə olan halda təbii ki, bu, bizim üçün itkidir.

Bu, milliyə təsir edə bilərmi? Müxtəlif səbəblərdən tez-tez hansısa futbolçunun milliyə kömək edə bilməməsinin şahidi olmuşuq. Əlbəttə, bu dəfə səbəb tam fərqlidir. Amma istənilən halda komandamız yenə öz oyununu sərgiləməyə hazırlaşacaq. Bu baxımdan heç bir problem olmayacaq".

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.