12 avqust 2015 15:30
Elxan Abdullayev Qarabağın oyununu izləyəcək
Azərbaycan milli komandasının məşqçisi Elxan Abdullayev İsveçrəyə yollanacaq. Azerisport.az xəbər verir ki, o, yığmamızın baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən, UEFA Avropa Liqasının pley-off mərhələsində avqustun 20-də İsveçrənin Bern şəhərində keçiriləcək “Yanq Boyz” – “Qarabağ” oyununu izləyəcək.
