12 avqust 2015 15:15
Premyer Liqanın 2-ci turunun təqvimində dəyişiklik edildi
Topaz Premyer Liqasının 2-ci turunun oyun cədvəlində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, canlı yayımla əlaqədar olaraq, “İnter” – “Neftçi” matçı 15 avqust 2015-ci il tarixindən, 17 avqust 2015-ci il tarixinə keçirilib.
