12 avqust 2015 14:15

Qarabağın yeni stadionunun açılışı gecikə bilər

"Qarabağ" klubu bir neçə gün öncə yeni inşa etdirdikləri stadionun açılış tarixinin müəyyənləşdiyini açıqlamışdı. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu barədə sosial şəbəkələrdən birindəki rəsmi səhifəsində açıqlama yaymışdı.

Açıqlamada bildirilirdi ki, avqustun 15-də Topaz Premyer Liqasının ikinci turunda keçiriləcək "Rəvan"la oyundan əvvəl "Qarabağ"ın yeni stadionunun açılışı olacaq. Hətta açılışda klub prezidenti Abdulbari Gözəlin də iştirak edəcəyi bildirilirdi.

Lakin Peşəkar Futbol Liqasından aldığımız məlumata görə, onlar Suraxanıda yerləşən bu arenada təftiş aparmayıblar. Çünki Ağdam klubu onlara bunun üçün heç bir müraciət ünvanlamayıb.

Bu üzdən də böyük ehtimalla "Rəvan"la oyun paytaxtdakı digər arenalardan birində keçiriləcək. Sözügedən qarşılaşmaya ev sahibliyi etməyə əsas namizəd stadionlar isə "Bayıl Arena", "Dalğa Arena" və İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionudur. Ağdam klubunun ötən mövsüm ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionu isə hazırda təmirdədir. "Qarabağ" mərkəzi arenada avrokubok oyunlarını keçirə biləcək. Hazırda bu stadion komandanın İsveçrə "Yanq Boyz"u ilə görüşü üçün hazırlanır.

PFL-dən onu da istisna etmədilər ki, "Qarabağ" vaxtında müraciət etsə və aparılacaq təftişlər uğurlu alınsa, "Rəvan"la oyun elə Suraxanıdakı yeni stadionda da baş tuta bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.