12 avqust 2015 13:45

Qəbələ Cavid Hüseynovu da Panatinaikosla oyunlara sifariş etdi

"Qəbələ" Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı Yunanıstanın "Panatinaikos" klubu ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Azerisport.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk bu siyahıda 20 futbolçuya yer ayırıb.

Onlardan üçü qapıçı, yeddisi müdafiəçi, yeddisi yarımmüdafiəçi, üçü isə hücumçudur.

Maraqlıdır ki, bu heyətdə yer alan futbolçular arasında komandanın kapitanı, millimizin yarımmüdafiəçisi Cavid Hüseynov da var. Halbuki o, məlum hadisə ilə bağlı həbs olunub və komandaya kömək edə bilməyəcək. Üstəlik, klub rəhbərliyi də onu qeyri-müəyyən vaxta kimi komandadan uzaqlaşdırdıqlarını açıqlamışdı.

Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 33. David Petrkeviç;

Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos;

Yarımmüdafiəçilər: 10. Dodo, 5. Georgi Floresku, 6. Rəşad Sadiqov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov;

Hücumçular: 7. Ermin Zets, 9. Sergey Zenyov, 69. Aleksey Antonov.

Qeyd edək ki, "Panatinaikos"la "Qəbələ" arasındakı ilk oyun avqustun 20-də Bakıda, cavab görüşü isə ayın 27-də Afinada keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.