12 avqust 2015 11:45
Məmmədov UEFA Kubokunun oyunlarına təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, o, futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Bu qrupda "Göteborq" (İsveç), "MNK Centar Carajevo" (Bosniya və Herseqovina) və "Mobulu Futsal UNI Bern" (İsveçrə) komandaları mübarizə aparacaq.
Oyunlar avqustun 27-də, 28-də və 29-da İsveçrədə keçiriləcək.
