11 avqust 2015 20:00
Aleksandr Sıtnik: Neftçi ilə oyunda bir qol hər şeyi həll edə bilərdi
"Kəpəz"in müdafiəçisi Aleksandr Sıtnik Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında ukraynalı mütəxəssis qolsuz heç-heçə ilə bağlı bunları söyləyib:
"Qol vurmağı bacarmadıq. Ona görə də qələbə qazana bilmədik. Öz şanslarımızdan istifadə etməyi bacarsaydıq, indi qələbəni bayram edərdik. Amma eyni sözləri "Neftçi" barədə də demək olar. Onlar da öz vəziyyətlərindən yararlansaydılar, qalib gələ bilərdilər. Bu, elə bir oyun idi ki, bir qol matçın taleyini həll edərdi".
