11 avqust 2015 18:40
Dodo: Cavid Hüseynovsuz necə oynayacağıq? Bizim yaxşı komandamız var
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo kapitan Cavid Hüseynovun yoxluğunda komandasının necə oynayacağına toxunub. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hüseynovsuz necə oynayacağıq? Bizim yaxşı komandamız var. Hər şeyə rəğmən, oynamaq lazımdır. Yeni mövsüm üçün böyük hədəflərimiz var. Həmin hədəflərə çatmaq lazımdır".
