11 avqust 2015 16:20
Fərid Quliyev: Baş məşqçiyə yox, komanda yoldaşlarıma əsəbləşmişdim
"Rəvan"ın hücumçusu Fərid Quliyev Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunda əvəzlənərkən baş məşqçiyə etiraz etməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Jurnalistlər bu məsələni düzgün izah etmirlər. Mən baş məşqçi Emin Quliyevə heç bir etirazımı bildirməmişəm ki, məni niyə əvəzlədin. 75 dəqiqə meydanda oldum və bir az yorğun idim. Əvəzetmə də vaxtında edilmişdi. Mən sadəcə, ondan narazı idim ki, komanda yoldaşlarım üç dəfə rəqib qapıçı ilə üz-üzə qaldığımız epizodda mənə ötürmə vermədilər".
