11 avqust 2015 15:45
Qara Qarayev: Onun qırmızı vərəqə almasına məyus oldum
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında rəqib komandanın yarımmüdafiəçisi Rəşad Sadiqovun onunla mübarizədə qırmızı vərəqə almasına da toxunan futbolçu bunları söyləyib:
"Mənim Sadiqovu vaxtından əvvəl paltardəyişmə otağına göndərmək fikrim yox idi. Heç onun meydandan qovulduğunu da dərhal başa düşmədim. "Qəbələ"nin ehtiyat oyunçular skamyasından səs gəldiyini görüb ora baxdım və gördüm ki, onlar mənim üstümə qışqırırlar. Bundan şoka düşdüm. Rəşad haqlı idi. Onun meydandan qovulmasına məyus oldum".
