11 avqust 2015 15:30
Bursaspora Azərbaycan şirkəti sponsorluq edəcək
Türkiyə Super Liqasında çıxış edən "Bursaspor"a bundan sonra Azərbaycan şirkəti sponsorluq edəcək. Azerisport.az xəbər verir ki, "İnvest Az" şirkəti artıq Türkiyə klubu ilə buna dair müqavilə də imzalayıb.
Anlaşmaya görə, "timsahlar" yeni mövsümdə məhz Azərbaycan şirkətinin loqotipinin əks olunduğu forma ilə meydana çıxacaq.
