11 avqust 2015 15:15

Cavid Hüseynov 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər

"Jurnalist Rasim Əliyevin ölümünə görə futbolçu Cavid Hüseynov 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər". Azerisport.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında hüquqşünas Tağı Hüseynov deyib.

Onun sözlərinə görə, C. Hüseynovun ölümündən əvvəl mərhumla jurnalist arasında telefon danışığı olub: "R.Əliyevin anasının dediyinə görə, Cavid oğlu ilə Elşən İsmayılovun görüşməsini israrla istəyib".

Hüquşünas hesab edir ki, bu deyilənlər sübuta yetirilmiş olarsa, C.Hüseynov məsuliyyətə cəlb oluna bilər:

“Hazırda istintaq gedir. Təbii ki, ən son sözü hüquq-mühafizə orqanlarının əməkdaşları deyəcəklər. Amma proseslər göstərir ki, C. Hüseynov görüşü özü təşkil edib. Futbolçunun R. Əliyevlə telefonla danışaraq, onun bibisoğlu ilə görüşməsini istəməsindən bir dəqiqə sonra E.İsmayılov jurnalistə zəng edərək harda görüşəcəklərini soruşması şübhə doğurur. Amma bu, daha dəqiqliklə istintaq zamanı bilinəcək. Qeyd etdiyim kimi, bütün bunlar sübut olunmuş olarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə əsasən, C.Hüseynov məsuliyyətə cəlb oluna bilər”.

İstənilən halda jurnalistlərə qarşı zor tətbiq etməni pisləyən T.Hüseynovun fikirincə, istintaq zamanı C.Hüseynovun bibisioğlunu jurnalistlə sadəcə görüşüb, danışmaları üçün göndərdiyi aydınlaşarsa, onda futbolçu cinayət məsuliyyətindən azad ola bilər:

“Hər şey istintaq və dindirilmələrdən sonra məlum olacaq. Dindirilmə zamanı C.Hüseynovla bibisoğlu E.İsmayılovun dedikləri üst-üstə düşərsə, sadəcə R.Əliyevlə danışmaq üçün getdikləri sübut olunmuş olarsa, C. Hüseynov günahsız hesab oluna bilər. Buna görə də o, cinayət məsuliyyətinə cəlb oluna bilməz”.

Qeyd edək ki, avqustun 8-də “Qəbələ” klubunun futbolçusu C.Hüseynovun bibisioğlu E.İsmayılov tərəfindən döyülən jurnalist Rasim Əliyev avqustun 9-da ölüb.

Faktla bağlı cinayət işi açılıb. Hazırda hadisənin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.