11 avqust 2015 14:30
Konstantin Maxnovski: Rəvanı böyük qələbələr gözləyir
"Rəvan"ın qapıçısı Konstantin Maxnovski Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, qolsuz bitən görüşlə bağlı bunları söyləyib:
"Məndə rəqib barədə heç bir məlumat yox idi. "Rəvan" çox yaxşı oynadı. Biz qol vura, qələbə qazana bilərdik. Sadəcə, həmin lazım olan qol gəlmədi. "Rəvan" kifayət qədər gənc komandadır, yenicə formalaşmağa başlayıb. Əminəm ki, qarşıda bizi böyük qələbələr gözləyir".
