11 avqust 2015 13:00
Lənkəranlı azarkeşlər birinci yerdədirlər
Topaz Premyer Liqasının yeni mövsümünün ilk turunun oyunlarını 27500 azarkeş ziyarət edib. Azerisport.az xəbər verir ki, bu, orta hesabla hər oyuna 5500 azarkeş deməkdir.
Ən çox azarkeş "Xəzər Lənkəran" - "İnter" matçında olub. Bu oyunu izləmək üçün Lənkəran şəhər stadionuna 7000 azarkeş toplaşmışdı.
Ən az azarkeş isə "Rəvan" - "Sumqayıt" görüşündə olub. "Bayıl Arena"dakı həmin qarşılaşmanı sadəcə, 1000 azarkeş izləyib.
Digər oyunların azarkeş fəallığı belədir: "Qəbələ" - "Qarabağ" - 3200, "Neftçi" - "Kəpəz" - 1500, "Zirə" - AZAL - 1300.
