11 avqust 2015 12:45
Yalnız debütant cəzalandırıldı
Bu gün AFFA İntizam Komitəsinin yeni mövsümdə ilk iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunmuş ölk çempionatının 1-ci turunun oyunu ilə bağlı aşağıdakı qərar qəbul olunub:
Əvəzedici heyətlərin I turunun “Zirə” – AZAL matçının 88-ci dəqiqəsində “Zirə”nin futbolçusu Elnur İsmayılov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
