11 avqust 2015 12:00
Qəbələ Rəşad Sadiqovun aldığı qırmızı vərəqəni ləğv etdirmək istəyir
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Qarabağ"la qarşılaşmada aldığı qırmızı vərəqə ləğv oluna bilər. Azerisport.az xəbər verir ki, baş hakim Əliyar Ağayev bu futbolçunu birbaşa qırmızı vərəqə ilə meydandan qovsa da, meydan sahibləri bu qərarla razılaşmır.
Belə ki, klub rəsmiləri matçın protokoluna da Sadiqova haqsız yerə qırmızı vərəqə göstərildiyini qeyd ediblər. Bu isə o deməkdir ki, AFFA İntizam Komitəsinin yeni mövsümdəki ilk iclasında Rəşadın əff olunmasına dair qərar çıxarıla bilər. Ən azı qırmızı vərəqənin sarı ilə əvəzlənməsi istisna edilmir.
