10 avqust 2015 23:30
Emin Quliyev: Fərid Quliyevi cəza gözləyir
"Rəvan"ın baş məşqçisi Emin Quliyev Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Komandanı yeni formalaşdırmışıq. Çatışmazlıqlar vardı. Ümumi götürsək, yaxşı oynadıq. Futbolçulara təşəkkür edirəm. Əvəzlənən zaman etiraz edən Fərid Quliyevi cəza gözləyir”.
