10 avqust 2015 18:00
Rasim Ramaldanov: Yeni transferlərlə bundan da yaxşı çıxış edəcəyimizə ümidliyəm
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"İlk oyunlar həmişə bir qədər çətin alınır. Bizə də ilk turda çətin rəqiblərdən biri ilə qarşılaşmaq nəsib oldu. Amma biz qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bildik. Uşaqların hamısına yaxşı oyuna görə təşəkkürümü bildirirəm. Bu uğurumuzda azarkeşlərimizin də az əməyi olmadı. Yeni transferlər qoşulandan sonra necə olacaq? Bunu zaman göstərəcək. Ümid edirəm ki, bundan da yaxşı çıxış edəcəyik".
