10 avqust 2015 17:40
Qara Qarayev Malaqa üçün qol vurdu
İspaniyanın "Malaqa" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığma komandasının hücumçusu Qara Qarayevin komandası "Real Betis"lə üz-üzə gəlib. Söhbət bu klubların U-19 komandalarından gedir.
Matç "Malaqa"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədə Qarayevin də payı olub. Belə ki, futbolçumuz bu oyunda iki qol vursa da, onlardan birini sayan hakimlər digərində ofsayd qərarı veriblər.
