Rikardinyo: Qarabağa qalib gəlmək bizim üçün çox vacibdir
"Qəbələ"nin müdafiəçisi Rikardinyo Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın "Panatinaikos" klubuna rəqib olmalarından, eləcə də bu gün Premyer Liqanın 1-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Püşk bizə kifayət qədər güclü və maraqlı bir komandanı rəqib etdi. Bu komanda Çempionlar Liqası səviyyəsindədir və zəngin tarixə, təcrübəyə malikdir. Rəqibimizə hörmət edirik. Amma 11 futbolçuya qarşı 11 futbolçu mübarizə aparır. Əminəm ki, bu komanda ilə oyunumuza baxacaq hər kəs ondan həzz alacaq. Bizim Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şansımız var. Buna çox yaxınıq. Sadəcə, bunun üçün çox çalışmalı, çox güc sərf etməlyik".
"Qarabağ"la matç mövsümün ilk oyunudur. Ötən mövsümün həlledici dövründə çox yaxşı çıxış etmişdik. Ümid edirəm ki, bu mövsüm də onun davamını gətirə biləcəyik. "Qarabağ"a qalib gəlmək çox vacibdir. Ən azı ona görə matç öz meydanımızda olacaq. Çempionatın qalibi olmaq istəyirik. Ona görə də çempionata qələbə ilə başlamağımız simvolik olacaq. Ağdam klubu üzərində qələbə bizə "Panatinaikos"la görüşlər öncəsi əlavə ruh yüksəkliyi qazandıracaq".
