Qarabağ Premyer Liqa üçün 14 futbolçu sifariş etdi
Azərbaycan çempionu "Qarabağ" Topaz Premyer Liqasının yeni mövsümün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. Azerisport.az xəbər verir ki, siyahıda cəmi 14 futbolçunun adı yer alıb.
Onlardan ikisi qapıçı, beşi müdafiəçi, altısı yarımmüdafiəçi, cəmi biri hücumçudur.
Qapıçılar: İbrahim Şehiç, Fərhad Vəliyev;
Müdafiəçilər: Bədavi Hüseynov, İlqar Qurbanov, Ansi Aqolli, Rəşad Sadıqov, Maksim Medvedev;
Yarımmüdafiəçilər: Çumbinyo, Cavid Tağıyev, Namiq Ələsgərov, Riçard Almeyda, Namiq Yusifov, Qara Qarayev;
Hücumçu: Reynaldo.
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, "Qarabağ" yeni transferlərini hələ sifariş etməyib. Halbuki, həmin 10 futbolçu komandanın UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarına sifariş edilmişdi: Xalid Oğuzxan, Eltun Yaqublu, Azər Salahlı, Elvin Yunuszadə, Vüqar Mustafayev, Dani Kintana, Elvin Məmmədov, Əfran İsmayılov, Coşqun Diniyev, Raydell Pupon.
