10 avqust 2015 14:15
Vəli Qasımov: Kəpəzlə matçın nəticəsindən narazı qaldım
"Neftçi"nin idman direktoru Vəli Qasımov Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirilmiş oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Nəticədən narazıyam. Öz meydanımızda keçirilən oyundan qələbə ilə ayrılmağı hədəfləmişdik. Bizi daha çox narahat edən meydana çıxan futbolçuların durumudur. Komanda öz bacardığını meydanda nümayiş etdirə bilmədi. Qələbə qazanmaq üçün nəsə çatışmır".
