10 avqust 2015 23:00

Qəbələdə 4 qolluq, Bakıda qolsuz heç-heçə

Bu gün Topaz Premyer Liqasının 2015/16 mövsümünün ilk turuna yekun vurulub. Azerisport.az xəbər verir ki, açılış turunun son oyun günündə iki görüş baş tutub.

Yenidən Premyer Liqaya qayıdan "Rəvan" "Bayıl Arena"da "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib. Bu görüşün birinci hissəsində qonaqlar azlıqda qalsa da, meydan sahibləri bundan yararlana bilməyiblər və qarşılaşma qolsuz bitib.

Turun mərkəzi oyununda isə son ölkə çempionu "Qarabağ" ötən mövsümün bürünc mükafatçısı "Qəbələ"nin qonağı olub. Bu oyunda da qalib müəyyənləşməyib. Lakin Bakıdakı görüşdən fərqli, Qəbələdə qapılara düz 4 qol vurulub.

Topaz Premyer Liqası
1-ci tur

10 avqust

“Rəvan” – “Sumqayıt” - 0:0 (0:0)
Qırmızı vərəqə: A.Ramazanov, 39.
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
Bakı. “Bayıl Arena”.

“Rəvan”: 32. Kostyantin Maxnovski, 2. Ruslan Tağızadə, 21. Novruz Məmmədov, 6. Vüqar Bəybalayev, 11. Şeriff Suma, 18. Samuel Barlay, 9. Yamin Ağakərimzadə, 99. Nicat Muxtarov, 22. Məhəmməd Alıyev, 17. Ramazan Abbasov (k), 86. Fərid Quliyev.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 24. Elçin İsmayılov, 7. Elvin Həsənəliyev, 14. Elvin Əliyev, 77. Cavad Kazımov, 4. Kənan Müslümov, 25. Oruc Balaşlı.
Baş məşqçi: Emin Quliyev.
“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad-Azad, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 8. Nuran Qurbanov, 16. Elnur Abdulov, 20. Emil Həsənzadə, 22. Tofiq Mikayılov.
Baş məşqçi: Aqil Məmmədov.

“Qəbələ” – “Qarabağ” - 2:2 (0:1)
Qollar: S.Zenyov, 32 (1:0). R.Almeyda, 62-pen. (1:1). R.Almeyda, 83 (1:2). S.Zərgərov, 87 (2:2).
Qırmızı vərəqə: R.Sadiqov, 75.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov.
Qəbələ şəhər stadionu.

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 9. Sergey Zenyov, 10. Dodo (k), 11. Asif Məmmədov, 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 66. Samir Zərgərov, 69. Aleksey Antonov, 17. Qismət Alıyev.
Baş məşqçi: Roman Qriqorçuk.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 29. Raydell Pupon, 55. Bədavi Hüseynov, 67. Əlhərbi Əl-Jadeyui, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 10. Dani, 11. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.

Turun digər oyunları: "Neftçi” - “Kəpəz” 0:0, “Zirə” - AZAL 1:0, “Xəzər Lənkəran” - “İnter” 2:0.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.