10 avqust 2015 12:00
Kəpəzin qapıçısı: Mənim üçün xüsusi təhlükəli vəziyyət olmadı
"Kəpəz"in qapıçısı Tadas Simaitis Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, qolsuz heç-heçə ilə bağlı bunları söyləyib:
"Maraqlı oyun alındı. Meydanda əsl mübarizə var idi. Hakim də oynamağa imkan verirdi. Rəqibimiz yaxşı oynadı. Biz isə müdafiədə diqqətli idik. Düzünü desəm, mənim üçün xüsusi təhlükə yaradacaq vəziyyət olmadı. 0:0 bizim üçün pis nəticə sayılmamalıdır. Baxmayaraq ki, oyundan öncə "Neftçi"yə qalib gəlməyi çox istəyirdik. İlk turda xal qazanmağımız yaxşı oldu".
