10 avqust 2015 11:45
Kəpəzin avtobusunu Neftçi təmir etdirəcək
Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilmiş "Neftçi" - "Kəpəz" oyunundan sonra meydan sahiblərinin fanatları qonaq komandanın avtobusuna hücum etmiş, onun şüşələrini sındırmışdı. Azerisport.az xəbər verir ki, artıq paytaxt klubu bu məsələ ilə bağlı gəncəlilərə öz köməyini təklif edib.
Belə ki, bakılılar avtobusa dəymiş ziyanın onlar tərəfindən ödənilməsini təklif ediblər. Qonaqlar bu təklifi qəbul ediblər.
