10 avqust 2015 11:30

Georgi Nikolov: Cahangir Hacıyev İnteri heç kimə vermək fikrində deyil

"İnter"in prezidenti Georgi Nikolov azerisport.az saytına müsahibəsində Azərbaycan Premyer Liqasında yeni mövsümün başlamasından, klubun avrokuboklarda çıxışından və gələcəyindən danışıb.

- İlk olaraq "İnter"in yeni mövsüm üçün əsas məqsədlərindən danışaq. İlk oyunda "Xəzər Lənkəran"a uduzsanız belə bu, heyətlə hansı yer uğrunda oynamaq olar?
- "İnter" hər zaman iddialı olub. Yeni mövsümdə bəzi klublarımızda maliyyə sıxıntısı hiss olunur. Bununla belə hər bir klub üçün çətin çempionat olacaq. Bütün klublar mümkün qədər güclənib. Hətta debütant "Zirə", Premyer Liqaya qayıdan "Kəpəz" klublarıyla asan oyunlar olmayacaq. "Qarabağ", "Qəbələ", "Neftçi", "Xəzər Lənkəran"ı unutmaq olmaz. Fikrimcə, bizi maraqlı mövsüm gözləyir. Bununla belə "İnter" bu mövsümdə də mükafatlar uğrunda yarışacaq. Nə dərəcədə alınacaq bunu zaman göstərəcək.

- Klubun avrokuboklardakı çıxışından yəqin ki, razı qalmısınız?
- "İnter" tarixində ilk dəfə iki mərhələ keçdi. Əlbəttə, bu nəticədən razıyıq. Adlı-sanlı "Atletik"ə (Bilbao) uduzduq. Bakıda 0:0 oynasaq belə, pley-offa çıxmaq mümkün olmadı. Rəqib çox güclü komanda idi. İyunda çox adam bizim avrokuboklardan imtina edəcəyimizi söyləyirdi. Sonda iki mərhələ adladıq. Mən komandadan razıyam. Məşqlərə başlayanda bazada yalnız Georgi Lomaya və Elşən Poladov var idi. Təsəvvür edin, biz necə çətin günləri arxada qoyduq.

- Baş məşqçi Zaur Svanadzenin təyinatı son anda rəsmiləşsə də, özünü doğrultdu...
- Bəziləri elə düşünür ki, guya biz Svanadzenin təyinatını son anda rəsmiləşdirdik. Yəni klub çıxılmaz vəziyyətdə qaldığı üçün Svanadzeyə tapşırıldı. Bu belə deyil. Zaur Svanadzenin namizədliyi hələ son çempionat başa çatmadan var idi. Maydan etibarən bu variant beynimdə idi. Lakin heç kimə açıqlamırdım.

- Başqa əcnəbi namizədlərlə danışıqlarınız maliyyə məsələsinə görə alınmadı?
- Namizədlər çox idi. Əcnəbi məşqçilərin bəziləri şərtlərimizlə razılaşmadı. Azərbaycanlı məşqçilərlə söhbətlərimiz oldu. Onlar risk etmək istəmədi. Bəzi məşqçilər çempionatdan dərhal sonra "İnter"də işləməyə razılaşmadı. Çəkinirdilər ki, hər şey yaxşı olmayacaq. Bilmək olmazdı klub avrokuboklarda necə çıxış edəcək. Svanadze "İnter"i yaxşı tanıyır, ona görə də öz oyun üslubuna sadiq qalmaqla ümidləri doğrultdu. Seçimdə haqlı olduq.

- "İnter"in taleyi necə olacaq? Klubun borcu çoxdur?
- İlk olaraq avrokuboklar zamanı bizə dəstək olan Azərbaycan Beynəlxalq Bankı və Texnika Banka təşəkkür edirəm. Çətin vaxtlarda yanımızda olan AFFA-ya çox sağ ol deməliyəm. Federasiyanın dəstəyi bizə kömək oldu. Əlbəttə, ki azarkeşləri unuda bilmərəm. Uğurlarımızda onların rolu danılmazdır. Futbolda azarkeşlər böyük qüvvədir. Etiraf edim ki, borclarımız var. Futbolçulara, texniki heyətə, bazanın əməkdaşlarına verəcəklərimizi tez bir zamanda ödəmək istəyirik. Üstəlik, qidalanma, bəzi preparatların alınmasına görə ödəyəcəyimiz məbləğ var. Bütün bunları tez bir zamanda ödəməyə çalışırıq. "İnter" kiməsə borclu qalmağı istəmir.

- Klubun sponsorları dəyişilməz qalacaq, yoxsa?
- Düzünü deyim ki, Beynəlxalq Bank bizimlə iş birliyini davam etdirmək niyyətindədir. Onlar klubun sponsoru olaraq qalmaq istəyir. Amma bu günlərdə məsələ dəqiqləşməlidir. Çünki, klubun maliyyəyə ehtiyacı var. Ona görə bu günlərdə bank rəsmiləriylə görüşümüz gözlənilir. Artıq hər şeyi dəqiqləşdirmək vaxtıdır. Əks halda işlərimizdə gecikmə olacaq. Eyni zamanda bazamızda olan bəzi obyektləri - restoran və oteli işə salmaq istəyirik. Onları peşəkar insanlara icarəyə verməklə müəyyən məsələləri həll etmək mümkün olacaq.

- Cahangir Hacıyev hazırda "İnter"in sahibi olaraq qalmaqdadır? Onun klubu başqa şirkətə verməsi mümkündürmü?
- "İnter"in təsisçisi və fəxri prezidenti Cahangir Hacıyevdir. Avrokuboklar zamanı da yanımızda oldu. Müəyyən məsələlərdə məsləhətləşdik. Beynəlxalq Bank isə klubun sponsorudur. Hacıyev klubun təsisçisi olaraq qalmaqdadır. Mən onunla bir neçə dəfə görüşmüşəm. "İnter"i kiməsə vermək barədə fikri yoxdur. Klubun sahibi olaraq qalacaq. Bu məsələ heç müzakirə olunmayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.