10 avqust 2015 11:15
Aqil Məmmədov: Kəpəzdən belə oyun gözləmirdim
"Neftçi"nin qapıçısı Aqil Məmmədov Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz "Kəpəz"in necə oynadığını görməmişdik. Onlar haqda heç nə bilmirdik. Rəqibi ilk xalını qazanması münasibətilə təbrik edirəm. Bizə gəlincə, birinci hissədə zəif oynadıq. İkinci hissədə isə daha yaxşı mübarizə apardıq. Düzünü desəm, "Kəpəz"dən belə oyun gözləmirdim. Yaxşı komandadır. Səhvlərimizi müəyyənləşdirib, onları aradan qaldırmalıyıq. Ümid edirəm ki, komandamızda liderliyi öz üzərinə götürən futbolçu tapılacaq".
