10 avqust 2015 11:00

Qəbələnin Premyer Liqada 10-cu startı

“Qəbələ” Topaz Premyer Liqasında özünün yubiley mövsümünə start verir. Azerisport.az xəbər verir ki, bu gün 2015/16 mövsümündə ilk oyununa çıxacaq “qırmızı-qaralar” Premyer Liqada özünün 10-cu mövsümünə başlayacaq.

Ümumilikdə isə bu, 24-cü ölkə çempionatının startıdır. 2006/2007 mövsümündə güclülər dəstəsində debüt edən komanda əvvəlki 9 mövsümdən ikisində çempionatı mükafatçılar sırasında başa vurub. Son iki yarışda ardıcıl iki bürünc medal qazanan “Qəbələ” növbəti medalını qazanmaq uğrunda mübarizəyə evdə start verəcək.

Əvvəlki 9 mövsümdə 272 oyun keçirən komanda Premyer Liqada 108 qələbə qazanıb, 66 heç-heçə edib və 98 dəfə uduzub. Bu oyunlarda “Qəbələ” 314 qol vurub, 301 qol buraxıb.

Komanda ilk oyununda son iki mövsümün çempionu “Qarabağ”la qarşılaşacaq. Roman Qriqorçukun futbolçuları onlarla birgə avrokuboklardakı mübarizəsini davam etdirən Ağdam klubunu sınağa çəkəcək. Avropa Liqasında mübarizəni davam etdirən “Qəbələ” avrokuboklarla paralel çıxış edəcəyi ölkə çempionatında da uğur qazanmağa çalışacaq. Biri Premyer Liqa, üçü Avropa Liqasında olmaqla, ardıcıl 4 ev oyununda quru hesabla qalib gələn, 8 matçdır “doğma divarlar” arasında uduzmayan “qırmızı-qaralar” növbəti dəfə meydanı qol buraxmadan qalib gəlməyə çalışacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.