10 avqust 2015 00:25
Essyen Qəbələ ilə ilk matça kimi sıraya dönəcək
Yunanıstanın "Panatinaikos" klubunun yarımmüdafiəçisi Maykl Essyen Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı forma geyə biləcək. Azerisport.az xəbər verir ki, zədəli olan ulduz futbolçunun avqustun 19-da sıraya dönməsi gözlənilir.
Belədə onun da Bakıda keçiriləcək ilk oyuna gətirilməsi mümkündür. 33 yaşlı qanalı futbolçunun meydana çıxması isə məşqçilər korpusunun qərarından asılı olacaq.
