10 avqust 2015 00:30
Fortuna Eratsız mərhələ adladı
Almaniya Kubokunda birinci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da ilk matçına çıxıb.
Düsseldorf təmsilçisi səfərdə "Rot Vayss Essen"lə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı qolsuz bitdiyindən cütün taleyinə penaltilər aydınlıq gətirib. 3:1 hesabıyla üstün olan futbolçumuzun komandası mərhələ keçib.
Bir gün öncə klubun U-23 komandasının heyətində Qərb Regional Liqasında matça çıxmış Erat bu qarşılaşmanın iştirakçısı olmayıb.
