9 avqust 2015 18:00
Premyer Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Topaz Premyer Liqasının yeni mövsümünün açılış turunun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, "Neftçi"nin Müşahidə Şurasının üzvü Mübariz Zeynalovun vəfatı ilə əlaqədar 1-ci turun görüşlərindən öncə 1 dəqiqəlik sükut elan olunacaq.
