9 avqust 2015 15:00

Məhəmməd Qurbanov: Yeni mövsümə tam hazırıq

"Neftçi"nin hücumçusu Məhəmməd Qurbanovun azerisport.az saytına müsahibəsi

- "Neftçi"ni Premyer Liqanın yeni mövsümünə tam hazır saymaq olar?
- Hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu. Yaxşı hazırlıq keçdik, yoxlama oyunlarında qüvvəmizi sınadıq. Fikrimcə, Premyer Liqaya tam hazırıq.

- İlk matç "Kəpəz"lədir...
- Bu, ilk turdur. Çempionata qələbə ilə başlamağı hamımız çox istəyirik.

- Rəqib barədə nə deyə bilərsiniz?
- "Kəpəz"in indiki durumu barədə elə də çox məlumatım yoxdur. Ona görə də necə komanda olduğunu deyə bilmərəm. Amma istənilən halda bizə qarşı yaxşı komandanın mübarizə aparacağını düşünürəm.

- Sizi "Neftçi"nin əsas heyətində görə biləcəyik?
- Bu barədə danışmaq tezdir. Bunu zaman göstərəcək.

- "Neftçi" çempionluğa köklənib?
- "Neftçi" kimi komandalar həmişə qarşısına yüksək hədəflər qoyur. Bu mövsüm də istisna deyil. Yaxşı nəticəyə nail olmağa çalışacağıq.

- Komanda mövsümə ev oyunu ilə başlayır. Bunun hansısa üstünlüyü var?
- Premyer Liqaya doğma meydanda start vermək xoşdur. Azarkeşlərimiz qarşısında qələbə qazanmaq istəyirik.

- Premyer Liqaya yeni komandalar gəlib. Ümumiyyətlə, Azərbaycan çempionatının yeni mövsümü barədə nə düşünürsünüz?
- Çempionat hələ başlamayıb. Bu, əsl marafondur. Ona görə də indidən konkret fikir söyləmək tezdir. Lakin əminəm ki, maraqlı bir çempionat olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.