9 avqust 2015 14:40
Subaşiç: Yığmaya dəvət almaq üçün Prosineçkiyə yaxın olmalıydım
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç bəyan edib ki, o, bir daha milli komandamıza dəvət alacağına ümid bəsləmir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmaya dəvət olunmağım üçün baş məşqçi Robert Prosineçkiyə yaxın olmalıydım. "İnter"lə "Neftçi"yə keçidim haqda söhbətlər dolaşsa da, real təklif olmadı. Ona görə mənə elə gəlir ki, artıq yığmada unudulmuşam. Halbuki, milliyə qayıtmağı çox istəyirəm. Son mövsüm "Manisaspor"dakı çıxışım uğurlu alınmadı. Bu klubdan hətta maaşımı da ala bilməmişəm. Buna görə artıq FİFA-ya şikayət etmişəm".
Qeyd edək ki, Subaşiç bir neçə gün öncə Serbiyanın "OFK Belqrad" klubu ilə müqavilə imzalayıb.
